"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının son həftə ərzində gündəmdə olması ona dəlalət edir ki, münaqişənin həlli üçün aktiv, o cümlədən, beynəlxalq səylər göstərilir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda heç nə gizlədilmir.
/APA/