11 İyul 2014 17:01
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

On altı yaşlı Texas sakini Cadaya yuxu dərmanı verilərək onu zorlayıblar. Sonradan çılpaq Cadanın fotoları çəkilərək internetdə yayımlanıb.

Sosial şəbəkə istifadəçiləri yeniyetmənin zorlanma pozasını lağa qoyaraq “trollar” hazırlanıb. İnternet istifadəçiləri Cadanı təqlid edən şəkillər şəkdirib üzərinə “jadapose” sözlərini yazıb. Bir çox “trollar” silinsə də, hələ də istifadəçilər yeniyetməni lağa qoymaqda davam edirlər.

Cada yayılmış “trollara” münasibətini bildirərək proqramların birində çıxış edib. O, deyib: “Hamı mənim simamı və bədənimi görüb. Lakin mən demək istəyirəm ki, mənim yerimdə hər kəs ola bilərdi”.

Qeyd edək ki, dostları ilə əylənən Cadanın içkisinə yuxu dərmanı əlavə edilib. Bundan sonra nə baş verdiyini anlamayan Cada internetdə çılpaq fotolarını gördükdən sonra zorlandığı haqda öyrənib və polisə məlumat verib.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər