18 İyul 2014 14:09
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində faciə yaşanıb.

Evi dağıdılan və yerlə-yeksan olunan məkanının əvəzində kompensasiya ala bilməyən ailə özünü zəhərləyərək intiharı seçib.

Alınan məlumata görə, Çinin şərqindəki Szyansu vilayətində yaşayan bu ailənin evi sökülüb.

5 il əvvəl yeni yaşayış massivi və ticarət mərkəzinin tikilməsi üçün evləri sökən şəhər administrasiyası həmin evlərin sakinlərinə kompensasiya vəd etmişdi.

Lakin ailələrdən birinə hələ də pul verilməyib.

Ailə başçısı dövlət qurumlarına üz tutub, şikayətlənib - bir nəticə hasil olmayıb.

Canı boğazına yığılan ailə başçısı arvadı, oğlu, qardaşı, qaynı, qaynının oğlu və yeznəsi ilə birlikdə paytaxt Pekinə yollanıb.
O, ölkənin məşhur qəzetləri və xəbər saytlarının redaksiyalarının yerləşdiyi küçədə intihar etmək qərarına gəlmişdi.

7 nəfər Çin Kommunist Gənclər İttifaqının "Çıonquo Ninqian Bao" qəzetinin redaksiya binasının qarşısında durublar, sonra çantalarından içində suda həll olunmuş gübrə və siçan dərmanı olan butulkaları çıxararaq başlarına çəkiblər.

Yerə yıxılaraq ağızlarından köpük gələn, ölüm astanasında olan bu ailəni təcili yardım maşınları xəstəxanaya aparıblar.

/milli.az/


Müəllif:

Oxşar xəbərlər