Teleqraf.com xəbər verir ki, uşaqlar tapılarkən baxımsız vəziyyətdə olublar.Onlar sığınacağa yerləşdirilib, polis onların valideynlərini axtarır.
Körpələri yolun kənarından Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları aşkarlayıb. Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriln azyaşlıların hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb.
Uşaqların vəziyyəti yaxşıdır. Onlar qida və təmiz geyimlə təmin olunublar. Balacaları küçəyə atıb qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Nənə uşaqları küçəyə atarkən onların əlinə bir çanta da verib. Çantanın içərisində isə sənədlər olub.
Sığınacaqdan uşaqların sığınacaqda olduğu haqqda Ağsu rayon Polis İdarəsinə məlumat da verilib, atalarının axtarılması ilə bağlı mütaciət edilib. Ümid edilir ki, ata övladlarından xəbərsizdir və bəlkə də məlumat ona çatarsa yiyə durar.