7 İyul 2017 10:57
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ iyulun 4-də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, həmçinin iki yaşlı uşağın həlak olmasından dərin narahatdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-də keçirilən brifinqdə deyib.

“Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk” - deyə o qeyd edib.

Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır: “Bizim bu region üzrə siyasətimiz açıq-aydındır. Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, həmçinin ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər