10 İyul 2017 14:34
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərlə görüşündə Ermənistan silahlı qüvvələrinin bir həftə əvvəl Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasına və həmin atəş nəticəsində 2 yaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsi Quliyeva Sahibə İdris qızının şəhid olmasına münasibət bildirib.

Teleqraf.com xariic mediaya istinadla xəbər verir ki, Bəhram Qasimi jurnalistlərdən birinin erməni vandalizminin qurbanı olan azyaşlı Zəhranın və onun nənəsinin həlak olması ilə bağlı sualını cavablandırıb.

O, Ermənistan tərəfinin bu vəhşiliyini pisləmədən və hücum qurbanlarının adlarını çəkmədən bildirib ki, regionda baş verən hər hansı bir qarşıdurma heç kəsin mənafeyinə xidmət etmir: “Bölgədə qarşıdurmaların artması heç kəsin xeyrinə deyil. Daha doğrusu bu çaxnaşmalar, nə Azərbaycan və Ermənistan əhalisinin, nə də regionun xeyrinə deyil. Belə hiss olunur ki, bölgədən kənar bəzi ünsürlər iki ölkə arasında olan bu ixtilafları qızışdırmağa çalışırlar.

Təəssüflər olsun ki, son qarşıdurmalar zamanı iki yaşlı uşaq və digər dinc sakin öldürüldü. Bu, çox ağrılıdır. Biz bu çaxnaşmaların artmasından təsirlənir, onu səhv addım sayırıq. Ümid edirik ki, bu ixtilaf və çaxnaşmalar getdikcə azalacaq və İran İslam Respublikası da bu yolda əlindən gələni əsirgəməyəcək. Bizim Qarabağla bağlı mövqeyimiz aydın və şəffafdır. Biz hər hansı bir çaxnaşmanın əleyhinəyik”.

Qeyd edək ki, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.


Müəllif: Samir

Oxşar xəbərlər