Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) və Ağdam köçkünləri Şəhidlər Xiyabanını ziyarət edib.
Ağdamın işğal ildönümü ilə bağlı keçirilən ziyarətdə Qarabağ şəhidləri anılıb. Ziyarətçilər şəhid məzarları üzərinə qərənfil qoyaraq onları yad ediblər.
Bundan sonra QAT üzvləri erməni bayrağını yandırıb.
Qeyd edək ki, bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 21 il keçir. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir.
/Hafta.az/