2017.09.24 16:11
İran Şimali İraq Kürd Muxtariyyətinə uçuşları dayandırıb.
Teleqraf.com "Röyter" xəbər agentliyinə istinadən xəbər verir ki, İran bu addımı İraq hökumətinin tələbindən sonra atıb.
***
İran İraq Kürdüstanı ilə hava sərhədlərini bağlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasınn sözçüsü Keyvan Xosrəvi jurnalistlərə açıqlamasında məlumat verib.
Sözçü bildirib ki, İranın Ali Milli Təhlükəsizlik Şurası dünən sübh saatlarında İraq hökumətinin xahişi ilə növbədənkənar iclas keçirib:
“İclasda bölgədə son vəziyyət barədə fikir mübadiləsi aparılıb, ölkənin İraq Kürdüstanı ilə bütün hava sərhədləri bağlanıb. Bağdadın xahişi ilə İrandan Süleymaniyyə və Ərbil şəhərlərinə həyata keçirilən bütün uçuşlar dayandırılıb. Bundan başqa, İraq Kürdüstan Muxtariyyətindən səmaya qalxan təyyarələrin İran səmasından keçməsinə də qadağa qoyulub”.