24 Noyabr 2017 18:55
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

Teleqraf.com xәbәr verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər