Qədim dövrlərdən bu günə qədər gəlib çıxan maraqlı tarixi nümünə hamının marağına səbəb olub
Cəlilabad rayonunun Şatırlı kəndində meşəlik arasında qədim dövrlərdən bu günə qədər gəlib çıxan maraqlı tarixi nümünə hamının marağına səbəb olub.
Məlumata görə, böyük sal daşlar üzərində bir-birinə paralel olaraq təsəvvür olunmuş uşaq və at ayaq izləri burada antik dövrdə sənətin inkişafından xəbər verib.
Daşlar üzərindəki ayaq izi təsvirləri qaya parçasına oyulma üsulu ilə həkk olunub. Maraqlıdır ki, qayaüstü təsvirdə həm uşaq, həm də at izlləri digərinə keçdikcə onlar arasındakı məsafə fərqi də paralel olaraq dəyişir.
Tarixçi Elşaq Əmənovun verdiyi məlumata görə, coğrafi məkandakı bu nümunələr qədim türk mifologiyası ilə də sıx bağlıdır.
Qeyd edək ki, Şatırlı kəndində sıx meşələr arasında yerləşən bu tarixi abidə indiyə kimi araşdırılmayıb. Elə bu səbəbdən buranı tez-tez ziyarət edən kəndin tarix müəllimi hər dəfə bura gələndə yeni işarələr tapır.
Tarixçinin sözlərinə görə, son məlum olan şərti işarələr müəyyən istiqamətdə hər hansı bir obyektin mövcudluğuna işarədir. Bu qədim yaşayış məkanı da ola bilər, dəfinə də. Hələ ki, bu şərti işarələrin ciddi araşdımaya ehtiyacı var.
/anspress/