Ukraynanın “Batkivşina” partiyasının lideri Yuli Timoşenko Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin həbsinə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yuli Timoşenko bu həbsi “siyasi qisas” adlandırıb və Ali Radanı bu məsələyə münasibət bildirməyə çağırıb:
“Bu, siyasi qisasdır, başqa ad vermək olmaz. Evinə giriblər, vəkili və deputatları yanına buraxmayıblar. Ukrayna prezidentini, üzr istəyirəm, Gürcüstan prezidentini binanın damına çıxmağa vadar etdilər”.
Partiya sədrinin sözlərinə görə, “siyasi terror” bu gün Ukraynanın əsl simasıdır.