Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili mitinqlər üçün maliyyəni Rusiyadan alıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Baş prokuroru Yuri Lutsenko deyib.
O bildirib ki, Rusiyadan yardım edənlər arasında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin adamı olan biznesmen Sergey Kurçenko da var:
“Rusiyadan Saakaşvilinin yaxın adamlarına 500 min dollar pul göndərilib. Onlar bu pulla mitinqləri maliyyələşdirmək və dövlət çevrilişinə cəhd etmək istəyiblər”.
Baş prokuror Saakaşvilinin sabah məhkəmə qarşısına çıxacağını deyib: “Hakimdən xahiş edəcəm ki, Saakaşviliyə qandallanmaq şərti ilə ev dustaqlığı cəzası verilsin”.