Bu gecə cəbhə xəttində baş verən atışmadan sonra Azərbaycan ordusunun 11 şəhid verməsi Şəhidlər Xiyabanında anılacaq.
Məlumata görə, Feysbuk sosial şəbəkəsindəki səhifəsində yaradılmış “event”in (tədbir) bu gün axşam saat 8-də keçirilməsi nəzərdə tutulub.
Tədbirdə bir sıra tanınmış ictimaiyyət adamları və millət vəkillərinin də iştirakı planlaşdırılıb.
Tədbir açıq tiplidir və anım aksiyasında hər kəs iştirak edə bilər.
/axar.az/