Türkiyə Suriya ilə sərhədi boyunca təklükəsizlik tədbirlərini gücləndirib, xeyli sayda I-HAWK raket hücumundan müdafiə sistemi yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, artıq Hatayın Suriya ilə sərhədində yerləşən Kirikhan və Yayladağ ərazisində I-HAWK raket hücumundan müdafiə sistemləri qurulub.
Türkiyənin YPG-yə qarşı addımlara, eləcə də Afrin əməliyyatna hazırlıq çərçivəsində I-HAWK sistemləri xüsusi əhəmiyyət kəsb edir.
ABŞ silahlı qüvvələrinin arsenalına 2002-ci ildə daxil olan I-HAWK sistemini almaq məqsədilə Türkiyə 2005-ci ildə danışıqlara başlayıb. 2007-ci ildə Türkiyəyə 175 ədəd MİM-23B I-HAWK sistemi gətirilib. Hazırda bu sistemlər Türkiyədə iki hərbi bazada yerləşdirilib.
Qeyd edilir ki, I-HAWK sistemi ilk dəfə 2012-ci ildə Türk Hava Qüvvələrinə aid olan pilotsuz RF-4 təyyarəsi Suriya hava müdafiə sistemləri tərəfindən vurulduqdan sonra Suriya ilə sərhəddə gətirilib.
I-HAWK raket əleyhinə müdafiə sistemləri alçaq və orta səviyyədə uçan təyyarə və helikopter hücumlarına qarşı istifadə edilir.