PKK terror təşkilatı Afrində Türkiyə Silahlı Qüvvələrinə müqavimət göstərmək üçün bölgəyə yeni silahlılarını göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 600 terrorçu bu gün səhər saatlarında Afrinə daxil olub.
PKK “Vətəndaşların həmrəylik səfəri” adı ilə Menbiç və Kobanidən dinc sakinlərlə yanaşı, 600 terrorçunun Afrinə daxil olmasına nail olub.
Terrorçuların yüzlərlə avtomobildən ibarət karvanı Suriya Prezidenti Bəşər Əsədin nəzarətindəki bölgədən keçərək bura gəlib.