9 Fevral 2018 01:29
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi fevralın 7-də koalisiya qüvvələrinin Suriyada Əsəd ordusuna aviazərbələr endirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt ABŞ-ın Suriya ordusu ilə münaqişədə maraqlı olmadığını, amma özünümüdafiə hüququna sadiq qaldığını bildirib.

Dana Uayt qeyd edib ki, Suriya ordusu Suriya Demokratik Güclərinə (SDG) hücum etmək üçün xeyli müddət hazırlıq görüb: "Suriya ordusu tank, top və digər ağır silahlarla SDG-yə doğru hərəkət edib. Atdıqları mərmilər qərargahın 500 metrliyinə düşüb.

Koalisiya müdafiə olunmaq üçün Suriya ordusuna aviazərbələr endirib. Geri dönən hərbi texnikalara atəş açmamışıq".

Vayt Suriya ordusunun itkiləri barədə açıqlama vermək istəmədiyini deyib: "Biz Suriya ordusu ilə savaşmaqda maraqlı deyilik. Məqsədi İŞİD-lə mücadilədən yayındıran bütün fəaliyyətlər destruktivdir".

Qeyd edək ki, Suriya XİN-i koalisiya qüvvələrinin ordu üzərinə hücumunu hərbi cinayət adlandırıb.

Xatırladaq ki, koalisiyanın hücumu nəticəsində Suriyanın 100-dək hərbçi həlak olub.


Müəllif: Ayxan

Oxşar xəbərlər