23 Fevral 2018 18:40
3 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində terrorçulardan təmizlənən kəndlərdə yaşayan insanların evlərinə geri döndüklərinə dair məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, 35 gündür davam edən "Zeytun budağı" əməliyyatı zamanı 73 kənd azad edilib.

Azad edilən kəndlərə insanların dönüşünə start verilib.

Türkiyə müharibədən əziyyət çəkmiş mülki şəxslərin ehtiyaclarının ödənilməsi üçün gərəkən yardımları etməkdədir.

TSQ "Afrin afrinlilərindir" şüarına sadiq qalaraq əhalinin evlərinə təhlükəsiz dönüşü üçün kəndlərin mühafizəsini gücləndirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər