Bəhreynin Təhlükəsizlik Xidməti ölkədə terror aktı hazırlamaqda şübhəli bilinən 116 nəfəri həbs edib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin terrorçu qrup İranın İslam İnqilabı Keşikçiləri Qvardiyası tərəfindən yaradılıb və dəstəklənib: "İslam İnqilabı Keşikçiləri Qvardiyasının göstərişi ilə hərəkət edən, İran, İraq və Livandakı terrorçular tərəfindən idarə edilən qrup Bəhreyndə rəsmi şəxslərin, təhlükəsizlik xidməti əməkdaşlarına qarşı sui-qəsdlər, neft obyektlərində partlayış törətməyi planlaşdırıb. Məqsəd ölkədə sabitliyi pozmaq, milli iqtisadiyyata zərbə vurmaq olub".