8 Avqust 2014 10:47
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində və DİN-nin Sabunçu RPİ-nin 14-cü Polis bölməsində başçəkmə həyata keçiriblər

Ombudsman Aparatından Teleqraf.com-a daxil olan məlumata görə, başçəkmə zamanı MPQ üzvləri 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənmişlər. Müəssisədə daha bir müasir standartlara cavab verən, yeni tikilmiş korpusun istifadəyə verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.

MPQ üzvləri həmin gün Müvəkkilə ünvanlanmış müraciətin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində olmuş, Müvəkkilə müraciət edən məhkumla, eyni zamanda Müəssisəsin cərimə təcridxanasında saxlanılan şəxslərlə görüşmüşlər. Qəbul edilmiş şəxslərlə konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və onlara göstərilən tibbi yardımın keyfiyyəti ilə bağlı şikayət etməyiblər.

Müəssisənin cərimə təcridxanasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib.

MPQ üzvləri həmin gün DİN-nin Sabunçu RPİ-nin 14-cü Polis bölməsində apardığı araşdırma zamanı polis bölməsində saxlanılan şəxs olmasa da, müvafiq qeydiyyat jurnalları və saxlanılma şəraiti öyrənilmişdir.

Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasındakı mövcud xəstə sıxlığının aradan qaldırılması və Sabunçu RPİ-nin 14-cü Polis bölməsində saxlanma yerinin şəraitinin təkmilləşdirilməsi məqsədilə Ombudsman tərəfindən aidiyyatı orqanlara müraciət edilmişdir.


Müəllif:

Oxşar xəbərlər