Analitiklər ABŞ-ın son 30 il ərzində müharibələrə sərf etdiyi pulları fəlakət kimi qiymətləndirirlər. Bəs ABŞ-ı ayaqda saxlayan nədir? Bu yumşaq gücdür.
Teleqraf.com xəbər verir ki, bu sözləri Qırğızıstanın sabiq baş naziri Coomart Otorbayev IV Qlobal Bakı forumunda panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, XXI əsrdə lider ölkəyə çevrilməyin şərti yumşaq gücdür, ABŞ bu gücdən məharətlə istifadə edir.
“Bu gün ABŞ deyəndə Gugle, Disney, Harvasd ağla gəlir. ABŞ-ın əsas güc elementləri bunlardır. İnsanlar ABŞ-a cazibəsinə görə gedirlər. ABŞ digər ölkələrdə insanların inamını qazanır, bu siyasətin əsas qüvvəsidir. Bu təkcə ordu və iqtisadi güc deyil. Əsas gücə çevrilmək həm də doğru hekayənin yazılmasıdır. Hesab edirəm ki, Balkan marşrutu təşəbbüsü o zaman müvəffəq ola biləcək ki, Çin digər ölkələrlə əməkdaşlıq etsin. Təkcə yolların çəkilməsi kifayət deyil. Bu gün biz gücün konsepti, kiçiyi böyüyə çevirməkdən danışırıq. Mənim təklifim odur ki, müstəqil dünyada yumşaq güclərin rəqabətinə ehtiyac var. Olimpiya oyunlarında Norveç kimi kiçik ölkənin uğurları digər ölkələr üzərində onun təsirini göstərdi. Bu yumşaq gücün təzahürüdür”.