Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.
Teleqraf.com xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 39,39 faizinin, yaxud 2 milyon 93 min 343 nəfərinin səs verdiyini bildirib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur. Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir. Saat 12:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5615-i hesabat verib.