Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələrdə inkişaf edir:
“Türkiyə və Azərbaycan bütün potensiallarını regionun inkişafına yönəldə biliblər”.
Bundan başqa, administrasiyadan deyilib ki, hər iki ölkəni təkcə tarixi köklər yox, həm də vacib iqtisadi və enerji layihələri birləşdirir:
“Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini hiss edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.