11 Avqust 2014 17:20
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.


Müəllif: