Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Teleqraf.com-a XİN-dən məlumat verilib.
E.Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Tədbir çərçivəsində nazir E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.