9 İyul 2018 17:14
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xarici İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı - diplomat günüdür. Bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Mənim fikrimlə maraqlanan olsaydı, çox güman ki, diplomat günü kimi 30 may tarixini təklif edərdim.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev çıxış edib.

Onun sözlərinə görə, diplomat gününün iyulun 9-u keçirilməsi 1919-cu il iyulun 9-da Xarici İşlər Nazirliyi katibliyinin fəaliyyəti ilə bağlı müvəqqəti əsasnamə qəbul edilməsi ilə bağlıdır: “Amma təbii ki, Xarici İşlər Nazirliyi dövlətin yarandığı ilk gündən mövcud olub və ən fəal qurumlardan biri kimi fəaliyyət göstərib”.

Vilayət Quliyev diplomat gününün mayın 30-da keçirilməsi ilə bağlı təklifini belə əsaslandırıb: “Çünki məhz həmin tarixdə XX əsr Azərbaycan diplomatiyası özünün və mənafeyini qoruduğu dövlətin mövcudluğunu dünyaya bəyan edib - ilk Xarici İşlər naziri Məmmədhəsən Hacınskinin imzası ilə dünya paytaxtlarına planetin siyasi xəritəsində yeni müstəqil dövlətin - Azərbaycan Cümhuriyyətinin meydana çıxdığı barədə radioteleqram göndərilib. Bu, sadəcə bir mülahizədir. Önəmlisi odur ki, Azərbaycan diplomatlarının da peşə bayramı var. Vəzifəsindən və ranqından asılı olmayaraq, xarici siyasət sahəsində çalışanların hamısına ən xoş arzularımı çatdırır, məsul fəaliyyətlərində uğurlar arzulayıram. Kim bilir, bəlkə də onların arasından işğalçı Ermənistanın danışıqsız təslim aktını imzalayan diplomatlar yetişəcək...”


Müəllif: Nərgiz

Oxşar xəbərlər