Bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəzası iki nəfərin həyatına son qoydu. Sürücünün öz cəzasını alacağına şübhə yoxdur.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.
O, təəssüflə qeyd edib ki, belə sürücüləri işə qəbul edən və ictimai nəqliyyatı tənzimləyən özəl şirkətlərə cəza verilmir:
“Onlar məsuliyyətə cəlb olunmur. Bəzi avtobuslarda gediş haqqı kartla olduğu halda, digərlərində bu tətbiq olunmur. Bu da ciddi problemdir. Mən Əli Hüseynlidən xahiş edirəm ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən və onlar üzərində nəzarəti həyata keçirə bilməyən özəl şirkətlərin cəzalandırılması və məsiliyyətə cəlb olunması üçün İnzibati Xətalar və Cinayət Məcəlləsinə əlavələr edilməsini nəzərə alsın”.