18 Fevral 2019 15:50
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SOCAR Polymer”in tam gücü ilə işə başlaması çox əlamətdar hadisədir.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında deyib.

Dövlətimizin başçısı bildirib: “Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır. Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir”.


Müəllif: Teleqraf.com