"Noyabrın 14-15-də bütün dünyanın dini liderlərinin Azərbaycanda toplanması nəzərdə tutulur".
Teleqraf.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.
Onun sözlərinə görə, bunun üçün hazırlıq işləri aparılır: "Azərbaycan təkcə nefti, iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də liderdir".