17 Aprel 2019 18:09
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən parkda, həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” adlı abidə qurulub.

Bu abidə Azərbaycan Milli Ordusunun 1918-20-ci illərdə Baş Qərargah rəisi olmuş polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər