Ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün səhnəyə çıxıb.
Teleqraf.com xəbər verir ki, Çingiz “Truth” mahnısını canlı ifa edərək şou göstərib.
Səhnədə üçbucaq formalı, işıqlı dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın surəti peyda olub. Səhnədəki robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Çingizi 5 bek-vokalçı müşayiət edib.
Onun performansı hər kəs tərəfindən alqışlanıb. Çingizin məşqi bukmeyker proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pillədə öz yerini tutub.