İctimai müzakirələr zamanı belə görüntü yaranır ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərə bir məhkəmədə baxılmasıdır. Əslində bu, belə deyil.
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Əli Hüseynli deyib.
Əli Hüseynli əlavə edib ki, inzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq, amma o yerdə ki sahibkarlıq münasibəti var, belə işlərə kommersiya məhkəmlərində baxılacaq: “Bunun anlayışı da verilib”.
Qeyd edək ki, hazırda parlament “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirə edilir.