"Vasitəçilərin arasında yenə də rəqabət mərhələsi gündəmə gəlib”.
Bu sözləri Axar.az-a açıqlamasında Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ məsələsinin həlli istiqamətində bundan sonra baş tutacaq görüşünü şərh edərkən deyib.
Leyla Əliyeva Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlət başçılarının bundan sonrakı görüşlərində məsələ ilə bağlı obyektiv amillərin dəyişəcəyi təqdirdə irəliləyiş əldə etməyin mümkün olacağını bildirib:
“Qarabağ məsələsinin çözümündə problem təkcə konflikt tərəfi Ermənistanın vasitəçiliyində deyil, eyni zamanda münaqişənin əsasında yaranan obyektiv amillərdən də asılıdır. Əgər bu amillər dəyişərsə, onda irəliləyiş əldə etmək mümkün olacaq. İndi Rusiya və Qərb vasitəçilərinin arasında bu məsələ ilə bağlı rəqabətin olması bizim xeyirimizədir. Gündəmə gələn bu rəqabət danışıqları canlandıracaq. Belə olan təqdirdə isə məsələ beynəlxalq diqqətdə qalacaq. Ancaq nə dərəcədə ciddi və köklü dəyişikliklərin olması barədə rəy vermək hələ ki çətindir”.