7 İyul 2019 14:01
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərinin tarixi mərkəzinin (Xan Sarayı da daxil olmaqla) gərgin keçən müzakirələrdən sonra UNESKO Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilməsi zalda böyük ruh yüksəkliyinə, coşğunun yaranmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan nümayəndə heyəti dəqiqələr ərzində ölkəmizin dövlət bayrağını dalğalandırıb.

Saat 13:00-da sesiyanın işində fasilə olmasına baxmayaraq gərgin atmosfer fasiləyə gedilməməsini şərtləndirib.

Qərar qəbul edildikdən sonra ilk olaraq Azərbaycanın UNESKO yanında daimi nümayəndə heyətinin rəhəri, səfir Anar Kərimov, daha sonra mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərarın qəbuluna görə üzv ölkələrə təşəkkür edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da çıxış edərək bu gün şəhər ictimaiyyəti adından Azərbaycan dəstək vermiş ölkələrə təşəkkürünü çatdırıb. O, bu gün qərarın Şəkinin həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib. İcra başçısı bu gün Şəkidə bayram ediləcəyini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər