15 İyul 2019 21:53
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə Xan Sarayının qarşısında baş verən hadisə nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki,Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.


Müəllif: Teleqraf.com