8 Avqust 2019 21:36
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son aylar keçirilən sosioloji rəy sorğularında Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinin aşağı düşməsi onu ciddi şəkildə narahat edir. Qiyam zamanı verdiyi sözlərin heç birinə əməl etməyən Nikol 5 gün əvvəl verdiyi bəyanatda günahı keçmiş liderlərin yarıtmaz dövlət quruculuğu siyasətinə atıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert qeyd edib ki, il yarım hakimiyyətdə olan şəxsin Ermənistanın bataqlığın içində olmasını və siyasi sistemin hələ uzun müddət durğunluq içində qalacağını bildirməsinin iki səbəbi var: “Birincisi, xalq Nikoldan indiki vəziyyətdə sosial -iqtisadi inkişaf gözləməsin. İkincisi, Qərb Nikola kömək etsin.

Bəs Qərb niyə Paşinyanı dəstəkləmir? Hakimiyyətə gələnədək tamamilə Soros fondundan asılı olan Paşinyan kürsüdə oturandan sonra Ermənistanda Rusiya faktorundan yaxa qurtara bilməyəcəyindən əmin olaraq Kremllə münasibətləri əvvəlkindən daha da gücləndirdi. Bunu görən Vaşinqton faktiki olaraq Nikola qarşı onun xəyanətinə görə “səssiz sanksiya” tətbiq edib. Bir çox ekspertlərin dediyi kimi, Moskva yox, Vaşinqton-İrəvan münasibətlərində kifayət qədər problem var”.

Zaur Məmmədova Rusiyanın Paşinyana olan münasibətinə də toxunub:

“Rusiya ilə Ermənistanı geosiyasi maraqlar bağlayır. Moskvada dövlət institutları arasında Ermənistanla bağlı kifayət qədər və ciddi fikir ayrılıqları var. Bu fikir ayrılıqları 2013-cü ildən sonra formalaşmağa başlayıb. Hələlik, Kreml ənənəvi Cənubi Qafqaz siyasətinə sadiqdir. Bunun da nəticəsi olaraq, Paşinyanlı Ermənistan Sərkisyan hakimiyyətindən daha çox Rusiyadan istədiyi dividentləri artıq əldə etməyə başlayıb. Yəni, kənardan göründüyündən fərqli olaraq Paşinyan və Moskva arasında müxtəlif mövzular ətrafında, ən əsası “Qarabağ klanı” ilə bağlı fikir ayrılığı olsa da, ümümi mövzular ətrafında tərəflər həmfikirdilər.

Baharda qondarma Qarabağ respublikasındakı seçkilərə qədər isə həm “Qarabağ klanı”, həm də Paşinyan komandası Lavrov vasitəsilə öz adamlarının hakimiyyətə gəlməsi uğrunda savaşa başlayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər