Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində Ermənistanın Baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları ilə bağlı deyib.
“Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”.
Nazir bildirib ki, 2016-cı ildə Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın etdi:
“Məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə... Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz “yiyə”lərinin yanına ki, “qoymayın qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların “yiyə”ləri bunların arxasında dayana bilsin”, - deyə nazir bildirib.