22 Sentyabr 2014 13:08
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və “İntellekt-Biznes” Klububunun təşkilatçılığı ilə Gənc İqtisadçıların Birinci Forumu keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə forum iştirakçılarını təbrik edib. YAP Gənclər Birliyinin sədri “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının inkişafındakı əhəmiyyətindən və gələcək perspektivlərindən danışıb. Daha sonra forum təlimçilərin çıxışları ilə davam edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentinin əməkdaşı Ramil Cabbarov “Milli iqtisadi bazarda marketinqin rolu” mövzusunda çıxış edib. O, çıxışı zamanı mövcud bazar münasibətləri şəraitində marketinqin əhəmiyyətindən, milli brendin formalaşdırılması texnologiyalarından, istehlakçı davranışları barədə xüsusi məqamlardan bəhs edib. Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb.

Tədbir Murad Məlikovun “Liderlik və idarəçilik mexanizmlərinin iqtisadi proseslərdə rolu” və Tural Abdullayevin “Gənc iqtisadiyyat və pərakəndə” mühazirələri ilə davam edib. Forumun yekununda bu tip tədbirlərin gələcəkdə də keçiriləcəyi bildirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər