23 Sentyabr 2014 08:50
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO ölkələri yaxın gələcəkdə Azərbaycanla da hərbi əməkdaşlığı mümkün saya bilər”.

Bu sözləri Axar.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, Ukraynada baş verənlərin NATO-nun münaqişəli ölkələrə silah satmamaq konsepsiyasını zəiflətdiyini bildirib:

“Başda ABŞ olmaqla, NATO ölkələrinin bir qismi Ukraynaya silah göndərməyə qərar verib. Halbuki Ukraynada münaqişə var və daxili qaydalara görə, əslində NATO bu ölkəyə müasir silahlar verməməlidir. Ancaq NATO ölkələri hazırkı reallıqdan çıxış edərək Ukraynanın Rusiyanın ekspansiyasına qarşı güclü ordu yaratmasına dəstək qərarı veriblər. Bu hesabla Ukraynaya silah verən NATO ölkələri yaxın gələcəkdə Azərbaycanla da hərbi əməkdaşlığı mümkün saya bilər. Çünki Dağlıq Qarabağ problemi ilə yanaşı, Azərbaycana digər təhlükələr də var. NATO Azərbaycanın bu təhlükələrə qarşı müasir hərbi qüvvələrinin olmasını istəyir. Alyansın qeyri-rəsmi embarqosu səbəbindən Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlıq etmək məcburiyyətindədir”.


Xatırladaq ki, NATO-nun münaqişədə olan ölkələrə silah satmamaqla bağlı qərarı Azərbaycanın NATO üzvü olan dövlətlərlə hərbi əməkdaşlığına imkan vermir.


Müəllif: