Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur. Bu, bizim qardaşlıq borcumuzdur.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı bildirib.
O vurğulayıb ki, qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcək:
“Ötən gün cənab Prezident İlham Əliyev məni qəbul etdi və sonda xoş sürpriz edərək mənə “Dostluq” ordenini təqdim etdi. Azərbaycan Prezidenti tərəfindən mükafatlandırılmaq olduqca böyük şərəfdir. Mən siyasətdə olduğum müddətdə və ondan sonra da Azərbaycanın mövqeyini müdafiə etməyə davam edəcəyəm. Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq. Çünki biz bir millət, iki dövlətik”.