13 İyul 2020 20:12
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı bəyanat veriblər.

Teleqraf.com xəbər verir ki, bəyanatda insanların həlak olmasından təəssüfləndikləri bildirilir və ölənlərin ailələrinə başsağlığı verilir.

Həmçinin bu hadisənin əvvəlindən Ermənistan və Azərbaycanın rəsmi şəxslərilə birbaşa təmas qurulduğu göstərilir: “Minsk qrupu həmsədrləri atəşkəs rejiminin son pozulmalarını pisləyərək tərəfləri aralarındakı birbaşa rabitə kanallarından da istifadə etməklə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər cür zəruri tədbirlər görməyə çağırır".

Həmsədrlər həmçinin tərəfləri ən qısa zamanda danışıqları bərpa etməyə çağıraraq ATƏT-in müşahidəçilərini regiona qaytarmağın zəruriliyini vurğulayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər