Avropa Komissiyası Rusiyanın yaydığı iddia edilən dezinformasiya ilə mübarizəyə 4 milyon avro ayırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Xosep Borrel deyib.
O qeyd edib ki, fevral ayında dezinformasiyaya qarşı mübarizə məqsədilə işçi qrupları və məlumat-analiz blokundan ibarət İkinci Strateji Rabitə İdarəsi yaradılıb.
İkinci diviziyanın fəaliyyətinə cəmi 6 milyon avro ayrıldığını bildirən Borrell, 4 milyon Rusiya və Kreml tərəfdarının Orta Şərq, Şimali Afrika və Qərbi Balkanlar kimi prioritet bölgələrdə dezinformasiya ilə mübarizəyə yönəldildiyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Avropa Parlamentinin Xarici İşlər Komitəsi tərəfindən təqdim olunan layihədə Rusiyaya "təhlükəsizlik təhdidinin əsas mənbəyi" kimi istinad edilmişdi.