6 Oktyabr 2020 15:51
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ davamızda, öz ərazimizin beynəlxalq hüquq çərçivəsində işğaldan təmizləmə məsələsində iqtidar-müxalifət arasında fərqli münasibət yoxdur, ola da bilməz. Bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından qurtulmalıdır!”

Teleqraf.com xəbər verir ki, Respublikaçı Alternativ (REAL) Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

O bildirib ki, beynəlxaq güclər heç bir xəyala qapılıb burada Qarabağ məsələsinə fərqli baxan siyasi qüvvə axtarmasınlar:

“Serbiyada buna cəhd etdilər, Kosovo məsələsinə fərqli baxan siyasi partiya və güclər tapıb onları şirnikləşdirib qabağa çəkə bildilər. Azərbaycanda bu mümkün deyil! Qarabağ məsələsində məmləkət tək ürək, tək biləkdir! Prezidentə göstərilən siyasi dəstək məhz Qarabağla bağlıdır, iqtisadi, sosial, siyasi məsələlər var ki, onlarla bağlı fərqli düşünürük, fərqli çözüm yolları görürük.

Qarabağımızı işğaldan azad etdikdən sonra o problemlərə fokuslanıb həll etməyə çalışacağıq. O zaman iqtidarla müxalifət sağlam rəqabət şəraitində mübarizə aparmalıdı, inkişaf həmişə rəqabətdən doğur!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər