16 Oktyabr 2020 11:25
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-dən başlayaraq TƏBİB İdarə Heyətinin üzvləri başda olmaqla tibb işçiləri cəbhə bölgəsində olublar.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:

"Bütün xəstəxanalarda Bakıdan ezam olunan, həm də könüllü şəkildə xidmət edən tibb işçilərimiz var. Ən qaynar bölgələrdə TƏBİB-in işçi heyəti var və onlar xəstələrin təxliyəsinə, müalicəsinə xidmət edirlər.

Bu gün ölkəmizə heç bir halda texniki dəstəkdən söhbət gedə bilməz. Bütün ehtiyatlarımız görülüb. Sadəcə insan resurslarında müəyyən məhdudiyyətlər var, hər bir tibb işçisi cəbhədə xidmət etmək istəyir.

Ordumuza necə dəstək oluruqsa, koronavirusla mübarizə də qələbəyə dəstəkdir. Hər hansı tibb işçisinin yoluxması iş yerindən uzaqlaşdırılması deməkdir. Mütləq şəkildə karantin qaydalarına riayət etməliyik. Yalnız bu şəkildə qələbəmizə dəstək ola bilərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər