“Azərbaycanda hər zaman qeyri dinlərə və onların dəyərlərinə böyük hörmət və ehtiramla yanaşılıb”.
Bunu Teleqraf.com-a Heydər məscidinin imamı Rüfət Qarayev deyib.
İlahiyyatçı sözünə Azərbaycanda müxtəlif dinlərə aid məbədlərin, kilsə və sinaqoqlarının qorunub saxlanmasını nümunə göstərib:
“Şuşada kilsənin vurulması ermənilərin öz təxribatlarıdır. Onlar kilsəni özləri dağıdıb dünya ictimaiyyətinə Azərbaycanın adından göstərməyə çalışır. Belə bir addım ermənilərinin öz xislətidir. Onlar sadəcə dünya ictimaiyyətini aldatmaqla məşğuldurlar.
Ermənistan dünyanın gözü qarşısında işğal olunmuş ərazilərdə müsəlmanların müqəddəs saydıqları abidələrə, ibadət yerlərinə hörmətsizlik edilib, məscidlərdə heyvan saxlanılıb.
Azərbaycan isə dünyaya örnək ola biləcək multikultural dəyərlərə sahib bir ölkədir. Ölkəmiz bunu sözdə yox, həm də əməldə göstərib. Nəinki Azərbaycan daxilində, hətta xarici ölkələrdə belə Heydər Əliyev Fondu tərəfindən başqa dinlərə məxsus inanc məbədləri təmir edilib və onlara ianələr ayrılıb.
Ermənilərin iddiaları dünya ictimaiyyətini aldatmaqdan və şər-böhtandan başqa bir şey deyil”.