11 Noyabr 2020 15:29
8 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bölgəmizdə və dünyadakı dəyişikliklər fonunda ölkələrimizi iki qardaş kimi bir araya gətirəcəyik, hədəflərimizə birlikdə çatacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri sülhyaratma missiyası ilə bağlı bu səhər Rusiya ilə yeni sazişin imzalandığını bildirib:

“Dostum İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı işğal altındakı torpaqların və bütün Qarabağın azad edilməsi münasibətilə təbrik edirəm. Türkiyə anlaşmanın həyata keçirilməsini izləmək və nəzarət etmək üçün bölgədəki sülhməramlı missiyada Rusiya ilə birlikdə yer alacaq. Atəşkəsə nəzarət və müşahidə üçün quracağımız birgə Türkiyə-Russiya Mərkəzi ilə bağlı anlaşma memorandumu bu gün səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən həyata keçiriləcək. Beləliklə, Azərbaycan və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq başa çatır. Qarabağ bir daha vətənə çevrilir, hilalın kölgəsindəki dinc yerini alır”.

Bölgəmizdə və dünyadakı dəyişikliklər fonunda ölkələrimizi iki qardaş kimi bir araya gətirəcəyik, hədəflərimizə birlikdə çatacağıq. Bundan sonra Azərbaycanla çox yaxın, güclü işbirliyi içində olacağıq, ortaq gələcəyimizi birlikdə quracağıq. Ermənistanın bir çox günahsız insanın ölümünə səbəb olan cinayətlərindən fərqli olaraq, artıq heç bir mülki insan zərər görməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər