25 Dekabr 2020 18:28
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Akademiyası (BTA) ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnoloji Əməkdaşlıq Daimi Komitəsi (COMSTECH) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Türk Akademiyası prezidentinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində baş tutan mərasimdə təşkilatın prezidenti Darxan Kıdırəli və COMSTECH-in direktoru Məhəmməd İqbal Çaudari iştirak edib.

M.Çaudari elmi inteqrasiya baxımından memorandumun böyük əhəmiyyətə sahib olduğunu, Türk Akademiyası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirib.

Bununla yanaşı, səfər çərçivəsində D.Kıdırəli İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) mərkəzi İslamabadda yerləşən Elm Fondunun prezidenti Manzur Hüseyn Sumro ilə görüşüb və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər