Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə səfirliyin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub: "20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir".