İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif regional səfər çərçivəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedib.
Səfər çərçivəsində İran xarici işlər naziri verdiyi açıqlamada bildirib ki, məqsəd Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq və Naxçıvanın tranzit imkanları haqda danışıqlar aparmaqdır.
M.C.Zərifin sözlərinə görə, artıq regionda qonşu ölkələrin əməkdaşlıqları üçün böyük imkanlar yaranıb və bölgədə davamlı sülhün əsasını təşkil edə bilər.
Qeyd edək ki, İran xarici işlər naziri region ölkələrinə səfər çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edib.