5 Fevral 2021 13:38
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Ararat (Ağrı dağı) bölgəsinə səfərində Kərki kəndinin qaytarılması məsələsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Nəşrin məlumatına görə, baş nazir bölgənin əhalisi ilə görüşdən sonra qubernator Razmik Tevonyan və Ararat alayının komandiri ilə üçtərəfli müzakirə aparıb:

“Görüşdə Tiqranaşen (Kərki) kəndinin gələcək taleyi müzakirə olunub. Paşinyan yaxın gələcəkdə kəndi boşaltmağı tapşırıb”.

Paşinyanın mətbuat xidməti Mane Qevorqyan isə xəbərə belə reaksiya verib: “Orada müzakirə olunan hər şey barədə məlumat verilib, hər şeyi qısaca təqdim etdik, əlavə edəcək bir şey yoxdur”.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi 1990-cı illərdə ermənilər tərəfindən işğal edilib. 44 günlük müharibədən sonra kəndin Azərbaycana qaytarılması istiqamətində müzakirələr aparılır.


Müəllif:

Oxşar xəbərlər