14 Fevral 2021 14:57
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.

Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.

Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər